Sabah bu 2 rayonda QAZ OLMAYACAQ

21:55 - 15 Fevral 2023

Sabah bu 2 rayonda QAZ OLMAYACAQ

İmişli və Saatlının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

"Azəriqaz" İB-dən Manset.az-a bildirilib ki, buna səbəb “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq planlı təmir işləridir.

Bununla əlaqədar “Saatlı Əlillər evi”, “Otuzikilər”, “Qaracalar”, “İmişli 1 və 2”(Əhali)", həmçinin “İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Məhdudiyyət saat 09:30-dan etibarən təmir işləri başa çatanadək davam edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az