Kirayə yaşadığı evdə meyiti tapıldı

11:09 - 18 Fevral 2023

Kirayə yaşadığı evdə meyiti tapıldı

Qəbələ sakini dəm qazından zəhərlənərək ölüb.

 

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, dünən gecə saatlarında 1984-cü il təvəllüdlü Ziya İbrahimovun Qəbələ rayonunun Vəndam qəsəbəsində müvəqqəti kirayə yaşadığı evdə meyiti aşkarlanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmanın nəticələrinə əsasən Z.İbrahimovun dəm qazından zəhərlənərək öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az