Xəbər verdiyimiz kimi, bu gün saat 09:40 radələrində Tərtər rayon sakini 1981-ci il təvəllüdlü Gülnar Məmmədova qətlə yetirilib.
Manset.az-ın əldə etdiyi məlumata görə, əri tərəfindən qətlə yetirilən Məmmədova Gülnar Etibar qızı Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsində baş məsləhətçi kimi çalışırmış.
Həmçinin, qətlə yetirilən G. Məmmədova Tərtər Rayon Icra Hakimiyyətinin rəsmisi Tunarə Məmmədzadənin bibisidir.
Manşet.az