Ramiz Novruzun dəfn ediləcəyi yer AÇIQLANDI

12:55 - 21 Fevral 2023

Ramiz Novruzun dəfn ediləcəyi yer AÇIQLANDI

Ötən gün dünyasını dəyişən xalq artisti Ramiz Novruzla evində vida mərasimi keçirilir.

 

Manset.az xəbər verir ki, daha sonra sənətkarla Azərbaycan Dövlət Dram Teatrında vida mərasimi təşkil olunacaq.

Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb.

Xalq artisti bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Xalq artisti mədə xərçəngindən əziyyət çəkirdi.

***

Xalq artisti Ramiz Novruz Yasamalada, "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

Manset.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az