Gəncədə fevralın 17-si itkin düşmüş şəxsin meyiti tapılıb.
Manet.az “Qafqazinfo”ya istiandən xəbər verir ki, itkin kimi axtarışa verilən 1964-cü il təvəllüdlü Vahid Zarekarın meyiti şəhərin Dədə Qorqud küçəsində yerləşən binanın damında tapılıb. İlkin baxış zamanı meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.