Taksi sürücülərini SEVİNDİRƏCƏK XƏBƏR - Bakıda pulsuz...

09:05 - 23 Fevral 2023

Taksi sürücülərini SEVİNDİRƏCƏK XƏBƏR - Bakıda pulsuz...

Paytaxtın 20 Yanvar dairəsi, “Şamaxinka” adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən və pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik taksilər üçün Bakı Beynəxalq Avtovağzal Kompleksində ödənişsiz duracaq yeri təşkil edilib.

 

Bu barədə Manset.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıların vahid mərkəzə cəlb edilməsi, vətəndaş məmnunluğu və təhlükəsizliyi, müxtəlif ərazilərdə tıxacların azaldılması üçün sürücü və sərnişinlərin belə duracaqlarından istifadəsi zəruridir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az