logo
logo logo
logo

Vardanyan Azərbaycandan uzağa QAÇA BİLMƏDİ – Rusun adamı Bakının nişangahına BELƏ DÜŞDÜ

10:28 - 25 Fevral 2023

Vardanyan Azərbaycandan uzağa QAÇA BİLMƏDİ – Rusun adamı Bakının nişangahına BELƏ DÜŞDÜ

Vardanyan Qarabağa gələndə Xankəndidə Rusiya sülhməramlı qüvvələrinin təşkilati dəstəyi ilə mitinqlər keçirəndə dəfələrlə bəyan etdi ki, "mən sona qədər mübarizə aparacam", "biz hamımız birik". Hiss olunurdu ki, onun qarşısına məqsəd qoyublar ki, Qarabağdakı etnik ermənilərin passionarlığını artırmaq, "mübarizlik əzmi" yaratmaq, "Azərbaycana mane ola bilərik, qarşısını ala bilərik" fikrini formalaşdırmaq. 

Amma Bakının təzyiqləri, qətiyyətli addımları, qərarları və iradəsi növbəti dəfə öz sözünü dedi. Hələ son olaraq Münhün Təhlükəsizlik Konfransında panel müzakirələr zamanı Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, rəsmi Bakı Ruben Vardanyan və onun kimi Qarabağla yaxından-uzaqdan hər hansı bir bağlılığı olmayan kənar şəxslərlə bir masa ətrafında əyləşmək fikrindən çox uzaqdır, bu, mümkünsüzdür. Elə məhz bundan sonra Vardanyanın Qarabağdakı taleyinə aydınlıq gəlməsi deməyə əsas verir ki, Azərbaycan Prezidenti postkonflikt dövründə leyhimizə işləyən növbəti qərarı vermək üçün separatçıları və onlara havadarlıq edən qüvvələri aciz duruma salmağa müvəffəq oldu. 

Məhz bu baxımdan Vardanyanın indi istefaya göndərilməsi və Qarabağdakı proseslərdən silinməsi ermənilərə növbəti siqnal olmalıdır ki, Azərbaycandan qeyrisinə ümid etməyiniz yanlış qərardır. 

Biraz yaxın keçmişə nəzər salsaq deyə bilərik, Vardanyanın qondarma rejimdə təyin olunduğu "vəzifə" əvvəl çox əhəmiyyətsiz bir kürsü hesab edilirdi. Heç şübhəsiz ki, bu "vəzifənin" dəyərini artıran Ruben Vardanyanın Qarabağa gəlməsinə kimi "milyarder" statuslu personajı idi. O da diqqətdən yayınmırdı ki, erməni əsilli bu rus milyarderə onun paçka-paçka pulları yox, kənar qüvvələr o gücü verirdi ki, Qarabağda separatçılığı yenidən alovlandırsın, Azərbaycana qarşı ərazi iddialarını gündəmdə saxlamaqla Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına ciddi əngəllər yaratsın. 

Hər kəsə məlum idi ki, onsuzda Azərbaycan Rusiya sülhməramlıların ətəyindən yapışaraq mövcudluqlarını müxtəlif üsullarla davam etdirməyə çalışan separatçı rejimin formalaşdırdığı qeyri-qanuni institutları ("prezident", "DÖvlər naziri" və s.) tanımır. Rəsmi Bakı Vardanyan obrazının harada hazırlandığı və necə ərazilərinə gəlib çıxdığını yaxşı bildiyi üçün əsas istəklərindən biri o idi ki, rus milyarder Qarabağı tərk k etməlidir, onunla Azərbaycan tərəfinin hər hansı bir mövzuda danışıq aparması söhbət predmeti ola bilməzdi. 

Vardanyan artıq "vəzifəsindən" kənarlaşdırıldı. Amma bu o demək deyil ki, təhlükə tam sovuşdu. Çünki Vardanyanın son açıqlamalarına diqqət yetirəndə görürük ki, rus iş adamı Qarabağı tərk etmək fikrində olmadığını, orada yeni "layihələr" üzərində işləmək istədiyini deyir. O hansı layihələrdir?! Təbii ki, zərrə qədər də şübhə edilmir ki, Moskva Ruben Vardanyan kartını deyure yerə atmaqla Bakının gözündən pərdə asmağa çalışır. Rusiyanın Azərbaycanın təzyiqlərinə tab gətirməyərək onu formal tutduğu "vəzifədən" uzaqlaşdırdığı hər kəsə gün kimi aydındır.

Amma istisna edilmir ki, rəsmi Moskva Qarabağda Ruben amilini daha böyük təxribatlar məqsədi ilə xərcləyəcək. Buradan da belə nəticə çıxır ki, növbəti mərhələ Azərbaycan üçün qeyr-müəyyən olduğu qədər eyni zamanda mürəkkəb bir dövr olacaq. Çünki biz hələ bu adamla bağlı həm Qarabağda, həm də Ermənistanda nəzərdə tutulan planlardan bixəbərik. 

İstefa xəbərindən öncə də istər Ermənistan media seqmentində, istərsə də xarici ekspertlərin şərhlərində iddialar dolaşırdı ki, Vardanyanın Qarabağ dövrü Ermənistanda hakimiyyətə gəətirilmək üçün bir trampilin funksiyasını yerinə yetirir. Ömür boyu Rusiyanın çirkli pullarının yuyulması ilə məşğul olan, Kremlə yaxınlığı ilə seçilən Vardanyan üçün sülhməramlıların təhlükəsizliyini təmin edərək Qarabağın dağlıq hissəsində özünü "siyasət" adamı kimi sınamaq məqsədilə ona verilən geniş meydan, Paşinyanın postuna sınaq müddəti məqsədi ilə Moskva tərəfindən atılan addımlardan biri kimi də şərh edilə bilər. 

Vardanyanın Rusiya tərəfindən seçilərək kontingentin müvəqqəti nəzarət zonasına göndərilməsi təsadüfü seçim deyildi. Hər kəs çox yaxşı bilir ki, aydın bilir ki, Vardanyan böyük bir planın tərkib hissəsi idi.Bu adamın biznes şəbəkəsinə, dünyadakı əlaqələrinə baxsaq, çox böyük nüfuza malik şəxs olduğu diqqətdən qaçmır. 

Postsovet məkanında Rusiyanın oliqarxlardan istifadə etmək təcrübəsin nəzərə alsaq, Ruben Vardanyanın Qarabağa göndərilməsində məqsəd nə idi?

44 günlük müharibədən sonra istər-istəməz Qarabağlı yerli ermənilərlə Azərbaycanın bu və ya digər yollarla təmasları yaranmışdı. Bu məqamda Rusiya anladı ki, getdikcə nəzarət kontrolundan çıxır. Moskva ondan narahat olmağa başladı ki, Araik Arutyunyan, Balasanyan başqa olmaqla digər separatçı qurum üzvlərinin o yerdə maraqları var - yəni Qarabağda onların ailələri, yaxınları, əzizləri var. Bu səbəbdən də adı çəkilən və çəkilməyən qondarma qurum nümayəndələru Vətən müharibəsindən sonra yaranan geosiyasi reallığı qəbul edərək Azərbaycanın şərtlərini qəbul edib, razılığa gələcəklər, məcbur olub Bakı ilə dil tapacaqlar. 

Bu prosesə mane olmaqdan ötrü yerdə marağı olmayan və Azərbaycanın təzyiq, təsir edə bilməyəcəyi bir personaja ehtiyac var idi. Bu da Moskvanın yekdilliklə seçdiyi Ruben Vardanyan oldu. Amma Azərbaycan Moskvaya sübut etdi ki, regionda əsas aktor olaraq bir çox məsələlər kimi, Azərbaycan ərazisindəki istənilən proseslər də məhz Bakının diqtəsi və istəyi nəzərə alınmaqla icra edilə bilər.

Vardanyanın "vəzifədən" getməsi Azərbaycanın növbəti qətiyyətli mövqeyinin mənzərəsidir. Bununla da Azərbaycan Qarabağın azsaylı etnik erməni əhalisinə növbəti dəfə nümayiş etdirmiş oldu ki, istənilən fiqur gəldi gedərdir, hər bir halda yerli əhali üçün müsbətə doğru heç nə dəyişməyəcək, ta o zamana kimi ki, Azərbaycan vətəndaşı kimi bu ərazilərdə yaşamaq iradəsi nümayiş etdirməyəcəklər. Bu olay eyni zamanda bir daha göstərmiş oldu ki, ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa alternativləri qalmayıb.

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az