Balakən sakinlərindən 6 qanunsuz silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində 6 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.
Həmin silahlar ekspertizaya göndərilib və sahibləri barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.