Dahi yunan filosofu Epikür siyasəti “çirkin oyun” adlandırırdı. Görkəmli ispan rəssamı Pablo Pikasso isə incəsənətin məqsədi ruhumuuz gündəlik həyatın çirkabından təmizləməkdir” deyirdi. Dahilərin bu kəlamlarını xatırlarmağımızın başlıca səbəbi incəsənətlə siyasətin bir-birindən nə qədər uzaq sahələr olduğunu göstərməkdir.
Ancaq Azərbaycan siyasətində bu fikirlərə istisna kimi çoxsaylı nümunələr göstərmək olar. Çünki ölkəmizdə siyasi arenada təmsil olunmuş xeyli sayda incəsənət xadimləri olub.
Manset.az xəbər verir ki, Bizim.Media həmin incəsənət nümayəndələrini araşdırıb.
Zeynəb Xanlarova
Dünya şöhrətli müğənni, Xalq artisti Zeynəb Xanlarova uzun illər deputat kimi fəaliyyət göstərib. Müğənni Milli Məclisdə ən uzun müddət təmsil olunmuş incəsənət xadimidir. O, ümumilikdə, 5 dəfə seçicilərinin rəğbətini qazanaraq, 24 il millət vəkili olub. Xalq artisti yalnız sonuncu parlament seçkilərində namizədliyini irəli sürməyib.
Sabir Rüstəmxanlı
Xalq şairi Sabir Rüstəmxanlı Milli Azadlıq Hərəkatı zamanında aktiv siyasi mübarizəyə qoşulub. 1992-ci ildə isə Vətəndaş Həmrəyliyi Partiyasını təsis edib və 30 ildən çoxdur ki, bu siyasi təşkilata sədrlik edir. S.Rüstəmxanlı həm də stajlı deputatlardandır. O, I, II, III, IV və VI çağırış parlament seçkilərində qələbə qazanaraq parlamentdə təmsil olunub. Hal-hazıra Milli Məclisdəki azsaylı incəsənət xadimlərindən biri hesab oluna bilər.
Flora Kərimova
Xalq artisti, tanınmış müğənni Flora Kərimova da Meydan Hərəkatının aktivistlərindəndir. O, müstəqillikdən sonra da siyasi mübarizəsinə davam edib. Flora Kərimova 2000 və 2005-ci illərdə keçirilən parlament seçkilərində Müsavat Partiyasının nümayəndəsi kimi namizədliyini irəli sürsə də, Milli Məclisdə mandat qazana bilməyib.
Maqsud İbrahimbəyov
Mərhum Xalq yazıçısı, rejissor və drammaturq Maqsud İbrahimbəyov də uzun müddət parlamentdə təmsil olunmuş incəsənət xadimlərindəndir. O, 1995, 2000 və 2005-ci illərdə seçicilərinin etimadını qazanmağı bacarıb.
Rüstəm İbrahimbəyov
Qardaşı M.İbrahimbəyov kimi Rüstəm İbrahimbəyov da siyasi arenada təmsil olunmuş incəsənət adamlarındadır. O, 7 iyun 2013-cü ildə yaradılan Demokratik Qüvvələrin Milli Şurasının sədri seçilib. 2 iyul 2013-cü il tarixindən Milli Şuranın Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi kimi göstərilib. Lakin 27 avqust 2013-cü ildə keçirilmiş MSK iclasında ikili vətəndaşlığı əsas gətirilərək namizədliyinin təsdiq olunmaması haqqında qərar qəbul edilib.
Vaqif Səmədoğlu
Mərhum Xalq şairi Vaqif Səmədoğlu Meydan Hərəkatı dönəmində aktiv siyasi mübarizədə iştirak edib. Sonrakı illərdə o, II və III çağırış üzrə Milli Məclisin deputatı seçilib.
Yusif Səmədoğlu
Mərhum Xalq yazıçısı Yusif Səmədoğlu da qardaşı V.Səmədoğlu kimi Azadlıq Hərəkatının iştirakçılarındandır. O, 1995-ci ildə Milli Məclisin deputatı seçilib. Lakin o, 1998-ci ildə dünyasını dəyişdiyi üçün 5 illik müddətini sona çatıra bilməyib.
Bəxtiyar Vahabzadə
B. Vahabzadə hələ SSRİ dağılmamışdan, X çağırış Ali Sovetin deputatı olub. Daha sonra 1995 və 2000-ci illərdə keçirilən seçkilərdə qələbə qazanan mərhum Xalq şairi Bəxtiyar Vahabzadə də Milli Məclisdə təmsil olunmuş ədəbiyyat xadimləri sırasındadır.
Zəlimxan Yaqub
Mərhum Xalq şairi Zəlimxan Yaqub da Bəxtiyar Vahabzadə kimi, 1995 və 2000-ci illərdə seçicilərinin etimadını qazanaraq parlamentə düşməyi bacarmış qələm sahibidir.
Məmməd Araz
Xalq şairi Məmməd Arazın siyasi fəaliyyətə başladığı dönəm 1990-cı illərin əvvəllərinə təsadüf edib. O, təsis olunduğu vaxtdan etibarən Azərbaycan Milli İstiqlal Partiyasının sıralarına üzv olub və dünyasını dəyişdiyi 2004-cü ilədək AMİP-də təmsil olunub.
Anar Məmmədxanov
Bakı Şən və Hazırcavablar Klubunun mərhum prezidenti Anar Məmmədxanov da birinci, ikinci və üçüncü çağırış Milli Məclisin deputatı seçilib.
Anar
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar I və II çağırış dönəmlərində millət vəkili olub.
Amaliya Pənahova
Xalq artisti, mərhum aktrisa Amaliya Pənahova1995-ci ildə, I çağırış Milli Məclisdə millət vəkili mandatını qazanmağa nail olub.
Ömər Eldarov
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, məşhur heykəltəraş və xalq rəssamı, Ömər Eldarov birinci çağırış Milli Məclisin deputatı olub.
Musa Yaqub
Mərhum Xalq şairi Ömər Eldarov və Amaliya Pənahova kimi 1995-ci ildə palramentdə mandat qazananlar arasındadır.
Xəlil Rza Ulutürk
“Azadlıq çarçısı” kimi bu gün də xatırlanan Xəlil Rza Ulutürk Meydan Hərəkatının ən ön sıralarında olan simalarından biri olub. O, mitinqlərdəki çıxışları, yazdığı şeirlərlə xalqı siyasi mübarizəyə səsləyib. X.R.Ulutürk 20 yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında da fəal iştirak edib.
Mikayıl Mirzə
Mərhum Xalq artisti, aktyor Mikayıl Mirzə də Milli Azadlıq Hərəkatının fəallarından olub. O, 1995-ci ildə birinci çağırış Milli Məclisə deputat seçilib. İkinci dəfə isə 2002-ci ildə əlavə seçki yolu ilə millət vəkili olub. M.Mirzə bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının da üzvü olub.
Siyasi arenada təmsil olunmuş İNCƏSƏNƏT XADİMLƏRİ
09:21 - 28 Fevral 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
09 İyul 2026 - 15:15
Keçmiş deputat vəzifəsindən azad edildi - FOTO
09 İyul 2026 - 14:11
Mehinin ölkədən çıxışına "stop" qoyuldu
09 İyul 2026 - 21:54
"Qarabağ" "Vestri"ni məğlub etdi - YENİLƏNİB
09 İyul 2026 - 18:28
Bakıda kişi keçmiş arvadını küçədə güllələyib öldürdü - FOTO/VİDEO - YENİLƏNİB
09 İyul 2026 - 15:25
NATO Zirvəsindən qayıdan Tramp niyə təyyarəsini dəyişdi? - ŞOK İDDİA
09 İyul 2026 - 11:36
Mənzilin girişinə kamera quraşdırarkən qonşunun icazəsi olmalıdır
09 İyul 2026 - 14:37
Dünyaca məşhur müğənni vəfat etdi - FOTO
09 İyul 2026 - 09:09
"Qarabağ" AvroLiqada ilk oyuna çıxır
09 İyul 2026 - 15:20
Paraqvay Mbappedən üzr istədi
09 İyul 2026 - 17:11
Sabiq icra başcısının oğlunun 2 milyon manatı yoxa çıxdı - Əlbir olub Türkiyəyə qaçırtdılar
09 İyul 2026 - 12:47
"NATO Rusiya ilə silahlı qarşıdurmaya hazırlaşır" - Zaxarova
09 İyul 2026 - 22:17
Hərbçilərə bu məlumatları paylaşmaq qadağandır – VİDEO
Xəbər xətti
- 10 İyul 2026
- 01:30 Saçları ağardan yaş deyilmiş
- 00:16 “Kimlərsə ehtimal edirdi ki, “Qarabağ” bizə 10 qol vuracaq”
- 09 İyul 2026
- 23:52 Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
- 23:49 “İstəyirəm ki, Elvin “Qarabağ”da qalsın” - VİDEO
- 23:31 Çində ayaqqabı fabrikində güclü YANĞIN - 28 nəfər öldü
- 23:16 "Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm" - Zelenski
- 22:52 Çexiyada güclü zəlzələ oldu
- 22:33 "Rəqib çox yaxşı müdafiə olundu" - Qurban Qurbanov
- 22:17 Hərbçilərə bu məlumatları paylaşmaq qadağandır – VİDEO
- 21:54 "Qarabağ" "Vestri"ni məğlub etdi - YENİLƏNİB
- 21:32 "28 May" stansiyasında eskalatorlardan biri istismardan çıxarılacaq
- 21:14 Bakıda bu yol bağlanır - Sürücülərin NƏZƏRİNƏ
- 20:56 Türkiyə ilə Livan arasında ikitərəfli münasibətlər müzakirə ediləcək
- 20:16 "Çinə bir neçə istiqamətin açılması imkanları nəzərdən keçirilir" - AZAL
- 19:52 Əli Əsədov QƏRAR imzaladı
- 19:34 Karapetyanın ev dustaqlığı daha 2 ay uzadıldı
- 19:17 “Qarabağ” “Vestri”yə qarşı - Start heyətlər
- 18:58 Zaqatalada seldə köməksiz qalan 5 nəfər belə xilas edildi - VİDEO
- 18:41 Hakan Fidan iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi
- 18:28 Bakıda kişi keçmiş arvadını küçədə güllələyib öldürdü - FOTO/VİDEO - YENİLƏNİB
- 18:14 Hazırda 19 yolda tıxac var - SİYAHI
- 17:59 Azərbaycan və Gürcüstan mədəni əməkdaşlığı genişləndirir - FOTOLAR
- 17:51 NATO-dan PAYLAŞIM - "Təşəkkürlər, Ankara"
- 17:45 Masallı Rayon İcra Hakimiyyətinə təşəkkürnamə təqdim olundu - FOTO
- 17:39 Bakıda bu yollarda təmir gedir
- 17:35 İran Böyük Britaniyaya nota verdi
- 17:28 4 yaşlı uşağa Pitbul hücum etdi
- 17:11 Sabiq icra başcısının oğlunun 2 milyon manatı yoxa çıxdı - Əlbir olub Türkiyəyə qaçırtdılar
- 17:05 Bu ölkədə güclü fırtına baş verdi - Həlak olanlar var
- 16:59 104 kriminal qrup zərərsizləşdirildi - DİN-in 6 aylıq hesabatı
- 16:54 Fransada dəhşətli istilər - 72 vilayətdə XƏBƏRDARLIQ
- 16:49 Nazir Adil Kərimli Giorgi Mirtsxulava ilə görüşdü - FOTO
- 16:48 Süni intellekt üçün internet Bakcelldən
- 16:20 Prezident Gürcüstanla bağlı bu sazişi təsdiqlədi
- 16:15 Vaqif Poeziya Günləri bu tarixlərdə keçiriləcək
- 16:08 Paytaxtda şəhərsalma nəzarəti gücləndiriləcək
- 15:51 Zahid Orucdan diqqətçəkən açıqlama - "Uşaqlar bizi izləməsin..."
- 15:45 "Vətəndaş qəbuluna böyük həssaslıqla yanaşılsın" - Nazirdən TƏLƏB
- 15:25 NATO Zirvəsindən qayıdan Tramp niyə təyyarəsini dəyişdi? - ŞOK İDDİA
- 15:20 Paraqvay Mbappedən üzr istədi
- 15:15 Keçmiş deputat vəzifəsindən azad edildi - FOTO
- 15:12 “İki sahil” qəzeti 35 yaşını qeyd edir
- 15:08 “Qoyun-quzunu limuzində daşımalıdırlar?!”
- 14:43 MİQ imtahanlarının vaxtı açıqlandı
- 14:37 Dünyaca məşhur müğənni vəfat etdi - FOTO
- 14:35 Vilayət Eyvazov kollegiya iclası keçirdi - FOTOLAR
- 14:23 Kapital Bank istiqrazlarına abunə yazılışı başladı - İllik 10% gəlirlə investisiya edin
- 14:11 Mehinin ölkədən çıxışına "stop" qoyuldu
- 14:04 bp və tərəfdaşları yeni sərgi zalları və “Qızıl kolleksiya”nı təqdim etdi - VİDEO/FOTO
- 13:48 Uçuş müəllimi özünü atdı - Təyyarədə tələbə tək qaldı
- 13:21 Həyat yoldaşına və qızına silahla hücum etdi - Türkiyədə DƏHŞƏT