Zenfira İbrahimovanın ərinin maşınından oğurluq edən şəxs saxlanıldı - VİDEO

13:53 - 28 Fevral 2023

Zenfira İbrahimovanın ərinin maşınından oğurluq edən şəxs saxlanıldı - VİDEO

Bakıda avtoyuma məntəqəsində maşından 15 min manat oğurlanıb.

 

DİN Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı rayon ərazisində yerləşən avtoyuma məntəqələrindən birində nəqliyyat vasitəsindən 15 min manat oğurlayan Asəf Şirvanov tutulub. Araşdırma zamanı bu şəxsin həmin məntəqədə işlədiyi və əvvəllər də oğurluq etdiyi üçün məhkum olunduğu müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az