“Azərbaycanla münasibətlərdə dürüstlüyə xüsusi önəm veririk” - Sergey Lavrov

15:42 - 28 Fevral 2023

“Azərbaycanla münasibətlərdə dürüstlüyə xüsusi önəm veririk” - Sergey Lavrov

“Rusiya-Azərbaycan Ekspert Şurasının fəaliyyəti ikitərəfli münasibətlərin inkişafına töhfə verir”.

 

Manset.az “Report”-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunan konfransda deyib.

“Azərbaycanla münasibətlərdə dürüstlüyü xüsusilə qeyd edəcəyəm. Mövqelərimizin üst-üstə düşmədiyi yerləri ört-basdır etməyə çalışmırıq. Biz nüansları dürüst şəkildə dilə gətirir və həll edirik. Bu məsələ Bəyannamədə öz əksini tapıb”, - o vurğulayıb.

Rusiya XİN rəhbəri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıya səfəri ərəfəsində baş tutan görüşü çox səmərəli olub: “Danışıqlarımız formal deyil, praktiki xarakter daşıyıb”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az