82 kiloqramdan çox narkotik ələ keçdi - DİN-dən əməliyyat

13:18 - 07 Mart 2023

82 kiloqramdan çox narkotik ələ keçdi - DİN-dən əməliyyat

Polis əməkdaşlarının martın 6-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 82,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

 

Bu barədə Manset.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 2,2 kiloqrama yaxın heroin, 66,5 kiloqrama yaxın marixuana, 13,6 kiloqramdan çox tiryək olub.

“Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az