Yel çərşənbəsində 20 min ağac əkilib - FOTO

17:58 - 07 Mart 2023

Yel çərşənbəsində  20 min  ağac əkilib - FOTO

Novruz bayramının əlamətdar günlərindən olan Yel çərşənbəsində Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Şabran, Göygöl, Sabirabad, Quba, Bərdə, Tovuz, Şəmkir və Ağcabədi rayonlarının meşə fondu torpaqlarında ağacəkmə tədbirləri keçirilib.

 

Bu barədə Manset.az-a Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.

"Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə ümumilikdə 20 000 müxtəlif növ ağac tingi əkilərək yaşıllaşdırma ənənəsinin davam etməsinə bir daha töhfə verildi", - o qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az