Bakıda məşhur hakim koronaya yoluxdu - Vüqar Səfərli və Vilyav Hacıyevin işi təxirə salındı(FOTO)

19:03 - 30 Avqust 2021

Bakıda məşhur hakim koronaya yoluxdu - Vüqar Səfərli və Vilyav Hacıyevin işi təxirə salındı(FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxub.

Manşet.az xəbər verir ki, hakim İradə Həsənzadənin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Bununla bağlı onun icraatında olan cinayət işləri təxirə salınıb.

Bundan başqa, İ.Həsənzadə ilə kollegiyada olan hakim Azər Paşayev və Əhməd Quliyevin də icraatında olan cinayət işləri təxirə salınıb.

Qeyd edək ki, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin və ləğv olunmuş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işləri hakim Azər Paşayevin icraatındadır. Bu səbəbdən onların sentyabrın 3-də keçirilməli olan məhkəmə prosesləri təxirə salınıb.//apa

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az