logo
logo logo
logo

Təəssüf, o, “Qalatasaray”dan ayrıldı - FOTO

10:40 - 16 İyul 2026

Təəssüf, o, “Qalatasaray”dan ayrıldı - FOTO

“Qalatasaray” müqavilə müddəti başa çatan argentinalı hücumçu Mauro İkardi ilə yollarını ayırdığını açıqlayıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi futbolçu üçün emosional vida paylaşımı edib.

Klubun açıqlamasında Mauro İkardinin “Qalatasaray”ın tarixinə adını qızıl hərflərlə yazdırdığı vurğulanaraq bildirilib:

“Əziz Mauro, bu gün ayrılıqdan deyil, qoyduğun irsdən danışırıq. Artıq “Qalatasaray”ın formasını geyinməməyin ürəyimizdəki yerini dəyişməyəcək. Çünki sən 7-dən 70-ə qədər bütün “Qalatasaray” azarkeşlərinin qəlbində özünə xüsusi yer qazanmısan. Vurduğun qollar, qazandığın bombardir adları, qırdığın rekordlar və başın üzərinə qaldırdığın kuboklar bir yana, sən “Qalatasaray”a olan sevgini özün yaşadın və milyonlarla insana yaşatdın. Sən artıq təkcə klubun tarixinə adını qızıl hərflərlə yazdıran futbolçu deyil, “Qalatasaray”ın unudulmaz əfsanələri sırasında əbədi yaşayacaq bir simasan. Bir nəsli “Qalatasaray”lı edən əziz kapitan, bu gün bəziləri “Mən “Qalatasaray” azarkeşiyəm” deməklə fəxr edirlərsə, bunda sənin də böyük payın var. Bütün “Qalatasaray” azarkeşləri bilir ki, belə bir sevgi heç vaxt unudulmur”. 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az