"Maynts"ın yarımmüdafiəçisi Kaysu Sano karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, "Liverpul" 25 yaşlı dayaq yarımmüdafiəçisinin transferinə maraq göstərir. Mersisayd təmsilçisi yaponiyalı futbolçu üçün "Maynts"a 60 milyon avro təklif etməyə hazırlaşır.
Sanonun transfer dəyəri DÇ-2026-dakı uğurlu çıxışından sonra əhəmiyyətli dərəcədə artıb. "Maynts"ın da uyğun təklif gələcəyi halda futbolçunu buraxmağa hazır olduğu vurğulanır.
Qeyd edək ki, onun Almaniya klubu ilə müqaviləsi 2028-ci il iyununa qədər qüvvədədir. Yarımmüdafiəçi 2025/2026 mövsümündə bütün turnirlərdə 48 oyunda meydana çıxaraq 2 qol vurub və 5 məhsuldar ötürmə edib.