logo
logo logo
logo

"Vestri"ni artıq daha yaxından tanıyırıq" - Qurban Qurbanov

22:11 - 15 İyul 2026

\"Vestri\"ni artıq daha yaxından tanıyırıq\" - Qurban Qurbanov

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında qarşılaşacağı "Vestri"ni (İslandiya) artıq daha yaxından tanıyır.


Manset.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sözügedən matçdan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, cavab görüşünə yaxşı hazırlaşdıqlarını söyləyib:

"Komandamız oyuna tam hazırdır. Rəqibi artıq daha yaxından tanıyırıq. Oyunu təhlil etmişik. Baxmayaraq ki, uzun yol qət etmişik. Bununla belə, inanıram ki, futbolçularımız matça qədər özlərini tam hazır hiss edəcəklər. Hava soyuq olsa da, futbol üçün əlverişlidir. Heyətdə müəyyən dəyişiklik ola bilər".

Qeyd edək ki, "Qarabağ" "Vestri" kollektivini ilk matçda 3 cavabsız qolla məğlub edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az