Ötən həftə vəfat edən Məşədi Dadaş məscidinin imam-camaatı mərhum Hacı Şahin Həsənlini əvəz edəcək şəxsin kimliyi məlum olub.
Manset.az Ölkə.Az-a istinadən xəbər verir ki, bundan sonra mərhum din xadimini Hacı Elbrus Kərimov əvəz edəcək.
Artıq bununla bağlı məscid tərəfindən elan verilib.
Belə ki, sabah qılınacaq cümə namazında imam-camaatı sözügedən şəxs olacaq.