"Azəriqaz” rəhbərliyi Sabirabadda vətəndaş qəbulu keçirəcək - FOTO

21:45 - 10 Mart 2023

\"Azəriqaz” rəhbərliyi Sabirabadda vətəndaş qəbulu keçirəcək - FOTO

SOCAR “Azəriqaz” İB rəhbərliyi Sabirabad rayonunda vətəndaş qəbulu keçirəcək.

 

Manset.az xəbər verir ki, martın 13-ü saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Saatlı, İmişli və Sabirabad sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırılıb ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinə (tel: 050 845 94 67; 021 25 5 43 59) müraciət edə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az