"Azərbaycan xalqının bəxti gətirib ki, onların Heydər Əliyev kimi lideri olub" - Yuşşenko

11:31 - 12 Mart 2023

\"Azərbaycan xalqının bəxti gətirib ki, onların Heydər Əliyev kimi lideri olub\" - Yuşşenko

"Azərbaycanın ümummilli lideri Heydər Əliyev ən çətin işin - millətin formalaşmasının öhdəsindən gəldi".

 

Manset.az "Report"a istinadən xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko Bakıda keçirilən “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının bəxti gətirib ki, onların lideri ən çətin vaxtlarda hər məsələdə balansı qorumağı bacaran Heydər Əliyev olub.

O qeyd edib ki, Ukrayna Mərkəzi Bankının rəhbəri olarkən Heydər Əliyevi Ukraynada qəbul etmək şərəfinə nail olub və Azərbaycanın ilk milli valyutasının çapına dair əmr alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az