Bakıda əri ilə dalaşan qadın məktub yazıb YOXA ÇIXDI

11:11 - 19 Aprel 2023

Bakıda əri ilə dalaşan qadın məktub yazıb YOXA ÇIXDI

Bakıda qadın itkin düşüb.

 

Manset.az lent.az-a istinadən bildirir ki, Nizami rayonu, NZS qəsəbəsi, Oqtay Vəliyev küçəsində yaşayan 32 yaşlı X. Şamilova evdən naməlum istiqamətdə çıxaraq, bir daha geri qayıtmayıb.

Məlum olub ki, qadınla əri arasında qısqanclıq zəminində mübahisə düşüb. Daha sonra X. Şamilova özünü Hövsan qəsəbəsində dənizə atıb intihar edəcəyi məzmunda məktub yazaraq, evdən çıxıb.

Bu barədə onun əri N. Şamilov polisə müraciətində bildirib.

Hazırda onun tapılması istiqamətində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az