Formula 1-də xidmət aparacaq polislər təlimatlandırıldı - FOTOLAR

14:49 - 22 Aprel 2023

Formula 1-də xidmət aparacaq polislər təlimatlandırıldı - FOTOLAR

Aprelin 28-30 tarixlərində baş tutacaq 2023-cü il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar davam etdirilir.

 

DİN-in mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, ictimai qaydanın və ictimai təhlükəsizliyin, xidmətin nümunəvi təşkili məqsədilə tədbirə cəlb olunacaq şəxsi heyətin sıra baxışı keçirilib, maddi-texniki təchizatın vəziyyəti yoxlanılıb.

Tapşırıqların icra vəziyyətini yoxlayan Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Vüqar Ələkbərov  tədbirin yüksək təhlükəsizlik şəraitində keçirilməsi, qarşıya qoyulan tapşırıqlarla bağlı şəxsi heyəti təlimatlandırıb, əlavə göstərişləri diqqətə çatdırıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az