"Kənd təsərrüfatında rəqəmsal texnologiyalardan istifadə ediləcək" - Nazir

10:34 - 25 Aprel 2023

\"Kənd təsərrüfatında rəqəmsal texnologiyalardan istifadə ediləcək\" - Nazir

"Məqsədimiz kənd təsərrüfatının iqtisadiyyata qatqısını artırmaqdır və bunun üçün rəqəmsal texnologiyalardan istifadə ediləcək".

 

 

Manset.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

"Fermerlərin və ümumilikdə regionların inkişafına nail olmaq üçün komandamızla əlimizdən gəldiyi qədəri ilə bu yolda çalışacağıq", - deyə o qeyd edib.

"Bir neçə gün bundan əvvəl elmi tədqiqat institutlarında oldum. Əsas tapşırığım o oldu ki, su qıtlığına davamlı bitkilərin yetişdirilməsi istiqamətində araşdırmalar genişləndirilsin. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birlikdə su qıtlığı ilə bağlı komitə yaradılıb. O çərçivədə fəaliyyətimizi davam etdirəcəyik”- deyə nazir əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az