Faktiki hava açıqlandı - Qar, yağış, dolu...

18:27 - 26 Aprel 2023

Faktiki hava açıqlandı - Qar, yağış, dolu...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti aprelin 26-sı saat 17:00-a olan hava şəraitini açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Xidmətdən məlumat verilib.

Məlumata görə, Şuşa şəhərinə qar, Şəmkir, Göygöl, Naftalan, Yardımlı, Gədəbəy rayonlarında şimşək çaxıb, arabir yağış yağıb.

Şuşa şəhərinə, Xocavənd rayonunun Zoğalbulaq, Azıx, Tuğ kəndlərinə, Füzuli rayonunun Qacar və Divanalılar kəndlərinə diametri 10-12 mm olan dolu düşüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az