Bu müəllimlər 3 il sertifikatlaşdırmadan keçməyəcəklər

10:55 - 28 Aprel 2023

Bu müəllimlər 3 il sertifikatlaşdırmadan keçməyəcəklər

Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçmək müddəti azaldılır.

 

Manset.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişiklik edilib.

Hazırkı qanuna görə, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər.

Təklif olunan dəyişikliyə əsasən, bu müddət 5 ildən 3 ilə endirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az