Vitse-spiker bu şəxsə ağır cəza verilməsini istədi - FOTO

15:30 - 04 May 2023

Vitse-spiker bu şəxsə ağır cəza verilməsini istədi - FOTO

Milli Məclisin vitse-spikeri Adil Əliyev Sumqayıtda idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan tanınmış idmançı Mehman Xəlilova ağır cəza verilməsini istəyib.

Manset.az-ın məlumatına görə, Adil Əliyev öz sosial şəbəkə hesabında bu sözləri yazıb:

"Sumqayıtda yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun ölməsi hamımızı kədərləndirdi. Məşqçi tərəfindən baş verən və Fərid balanın ölməsi ilə nəticələnən hərəkəti şiddətlə qınayır, ailəsinə və yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verirəm. İdman məşqçisinin törətdiyi qəddarlıq hərəkətinə isə hüquq mühafizə orqanları və məhkəmə tərəfindən ən ağır cəza veriləcəkdir. Məşqçilik edə bilməyən, tələbəsinə övladı, əzizi kimi yanaşa bilməyən şəxslər titullarının nə olmasından asılı olmayaraq, bu fəaliyyətlə məşğul olmamalıdır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az