Ermənistanda Metsamor AES-in fəaliyyəti dayandırıldı

13:02 - 05 May 2023

Ermənistanda Metsamor AES-in fəaliyyəti dayandırıldı

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasında (AES) 75 gün müddətində planlaşdırılmış profilaktik təmir işlərinə başlanılıb.

 

Manset.az xəbər verir ki, Ermənistan AES-in sosial şəbəkədəki səhifəsində məlumat verilib. Təmir stansiyanın ikinci işləyən enerji blokunda aparılacaq.

İşə erməni mütəxəssislərlə yanaşı, Rusiya, Çex Respublikası və digər ölkələrdən də mütəxəssislər cəlb olunacaqlar.

Stansiyanın işə salınması iyulun 18-nə planlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az