Naxçıvan MR-in Hərbi Prokurorluğu AR Prokurorluğu sistemindən çıxarıldı

19:21 - 06 May 2023

Naxçıvan MR-in Hərbi Prokurorluğu AR Prokurorluğu sistemindən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu Azərbaycan Respublikasının Prokurorluğu sistemindən çıxarılıb.

 

Manset.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Prokurorluq haqqında” qanuna təsdiqlədiyi dəyişiklikdə əksini tapıb.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əsasında Naxçıvan Hərbi Prokurorluğu yaradılıb.

Nazirlər Kabinetinə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanundan irəli gələn məsələləri həll etmək tapşırılıb.

“Dövlət qulluğu haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında da müvafiq dəyişiklik edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az