Praktiki yaz makiyajı üçün MƏSLƏHƏTLƏR

18:31 - 14 May 2023

Praktiki yaz makiyajı üçün MƏSLƏHƏTLƏR

Havalar isinməyə başlayanda makiyaj rutinləri dəyişir.

 

Manset.az Lent.az-a istinadən yaz aylarına uyğun canlı və təravətli görünüş üçün istifadə edə biləcəyiniz məhsulları təqdim edir:

1. Gün işığından qorunmaq üçün qoruyucu krem və ya BB

Hava istiliyinin artması ilə ağır tonal kremlər yerinə rəngli nəmləndiricilərə üstünlük vermək daha düzgün olardı. Rəngli günəş kremi dərinizi qoruyur və rəng tonunuzu bərabərləşdirir. Rəngli nəmləndirici əvəzinə daha gizlədici məhsul axtarırsınızsa, BB kremləri seçə bilərsiniz.

2. Gözaltı qaralığınızı örtmək üçün konsiler 

Göz ətrafınıza parlaq bir görünüş vermək və dərinizdəki ləkələri örtmək üçün də konsilerdən istifadə edə bilərsiniz.

3. Rəngli tenlər 

Rəngarəng və canlı göz kölgəsi palitrası ilə bütün diqqəti gözlərinizə çəkə bilərsiniz.

5. Tuş

Gözünüzə və kirpik quruluşunuza uyğun tuş baxışlarınızı daha da təsirli edəcək.

6. Maye ənlik

Havaların istiləşməyə başladığı bu aylarda pudralı ənliklər yerinə daha təzə və təbii görünən nəmli maye ənlikləri sınaya bilərsiniz.

7. "Highlight" 

Parlaq dərinin trend olduğu yaz aylarında istifadə edə biləcəyiniz məhsullardan biri də pudra və ya maye işıqlandırıcılar olacaq.

8. Nəmləndirici və parlaq görünümlü dodaq boyası

Dodaqlarınızı təsirli şəkildə nəmləndirəcək parlaq dodaq boyaları ilə makiyajınızı tamamlaya bilərsiniz.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az