Qanunsuz kömür istehsal edənlər cəzalandırıldı - FOTOLAR

16:06 - 15 May 2023

Qanunsuz kömür istehsal edənlər cəzalandırıldı - FOTOLAR

Quba, Qax, Lerik və Göygöl rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu Tülər kənd sakini Nemət Dadaşov, Gültəpə kənd sakini Taleh Zülfüqarov, Qax rayonu Lələpaşa kənd sakinləri Yusif və Anar Əliyevlər, Lerik rayonu Daster kənd sakini Mirkazım Əzizov, Göygöl rayonu Toğanalı kənd sakinləri Şöhrət Ocaqverdiyev və Həsən Həsənov olduğu müəyyən edilib.

“Qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”, - qurum rəsmisi bildirib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az