Qanunsuz balıq ovlayanlar cəzalandırıldı

11:07 - 16 May 2023

Qanunsuz balıq ovlayanlar cəzalandırıldı

Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

 

Bu barədə Manset.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

“Araşdırma zamanı balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Cəlal Nəcəfov, Şirvan şəhər sakini Vidadi Dəmirov, Neftçala rayon sakinləri Salam Mənəfov, Vüqar Zeynalov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - o qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az