Emin Əmrullayev tədris ilinin sentyabrın 1-dən başlamasını təklif etdi

17:35 - 16 May 2023

Emin Əmrullayev tədris ilinin sentyabrın 1-dən başlamasını təklif etdi

“Etiraf edək ki, uşaqlar indi daha az məktəbə gedirlər. Misal olaraq, mən 10 il hər şənbə günü məktəbə getməklə, indiki uşaqlardan iki il artıq tədris almışam”.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, uşaqların gələcəyi üçün daha yaxşı olar:

“İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə üç aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar”.

O, əlavə edib ki, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olar:

“Bu, sadəcə istəkdir. Tədris ili qısalsa, bizim təhsildən gözləntilərimiz azalır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az