Həbsdəki qardaşına narkotik ötürmək istədi

11:16 - 18 May 2023

Həbsdəki qardaşına narkotik ötürmək istədi

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Xidmətdən Manset.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nicat Sultan oğlu Əkbərovla qısamüddətli görüşə gələn qardaşı, Lənkəran rayon sakini Qüdrət Sultan oğlu Əkbərov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı cins şalvarın cibində gizlətdilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,091 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az