logo
logo logo
logo

“Laçın”dan yayılan bu görüntülər növbəti erməni yalanını ifşa etdi - VİDEO

14:37 - 18 May 2023

“Laçın”dan yayılan bu görüntülər növbəti erməni yalanını ifşa etdi - VİDEO

Bir neçə gündür erməni mediası və siyasətçiləri tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə Xankəndiyə getməyə Azərbaycan sərhədçilərinin izn vermədiyi barədə yaydıqları məlumatın yalan olduğu bir daha təsdiqini atpdı.

 

Manset.az Trend-ə istinadən bildirir ki, sosial şəbəkələrdə "Laçın" sərhəd-keçid məntəqəsindən BQXK-nin avtomobillərinin rahat şəkildə, heç bir narahatlıq yaradılmadan hərəkət etməsinin görüntüləri yayılıb. Həmin kadrlardan da bir daha görünür ki, BQXK-nin fəaliyyətinə heç bir maneə yaradılmayıb.

Qeyd edək ki, erməni siyasətçilər və media mənsublarının Azərbaycan sərhədçilərinin guya BQXK-nin fəaliyyətinə maneə yaratdığı barədə təbliğatını Qırmızı Xaçın İrəvan bürosu təsdiqləməmişdi. BQXK də yayılan məlumatın əsası olmadığını, müraciət edildiyi halda fəaliyyətlərinə uyğun Xankəndiyə gedə bildiklərini açıqlamışdılar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az