İrəvanda atışmada vəzifəli şəxs yaralandı

12:26 - 19 May 2023

İrəvanda atışmada vəzifəli şəxs yaralandı

İrəvanda atışma zamanı paytaxtın Davitaşen inzibati rayonunun rəhbərinin müavini yaralanıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 19-da səhər saatlarında baş verib.

Bildirilir ki, Maştots rayon polis şöbəsinə evlərdən birinin yaxınlığında atəş açıldığı barədə məlumat daxil olub. Polisin əməliyyat qrupu hadisə yerinə gedib. Ərazidə avtomat silahların gilizləri aşkar edilib.

Atışma nəticəsində bir nəfər xəstəxanaya çatdırılıb, onun Davitaşen rəhbərinin müavini Koryun Arakelyan olduğu üzə çıxıb.

Faktla bağlı cinayət işi başladılıb, araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az