Nazir müavini yeni nazirin təqdimatında niyə iştirak etməyib? - Özündən Açıqlama

16:33 - 08 Sentyabr 2021

Nazir müavini yeni nazirin təqdimatında niyə iştirak etməyib? - Özündən Açıqlama

Xəbər verdiyimiz kimi bu gün yeni Gənclər və İdman naziri Fərid Qayıbov kollektivə təqdim edilib.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, təqdimatda Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, idman federasiyalarının rəhbərləri, idmançılar və digər qonaqlar iştirak etsə də, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov iştirak etməyib. Belə önəmli tədbirdə nazir müavininin olmaması birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı Manset.az-a açıqlama verən nazir müavini səhətində problemlər olduğu üçün təqdimat mərasimində iştirak etmədiyini bildirib.

"Mən yeni nazirdən icazə almışam, ona görə də cənab nazirin təqdimat mərasiminə qatılmamışam. Səhətimdə problem var. Hazırda müalicə olunuram. İnşallah, sağalıb işə çıxaram."

 

Əli VƏLİYEV


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az