Taylandın Songkhla əyalətinin Hat Yai şəhərində məktəbə silahlı hücum baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı müəllim və şagirdlər girov götürülüblər.
Bir müəllimin isə vurularaq yaralandığ bildirilib. Polis silahlı şəxslərin dərslərin bitməsinə yaxın məktəbə girdiklərini deyib. Bir çox şagirdin hələ də binada qaldıqları açıqlanıb.
Təhlükəsizlik qüvvələri silahlı şəxslərlə danışıqlar apararkən hücumçuların sayı və məktəb daxilindəki son vəziyyətlə bağlı hələ də dəqiq məlumat verilməyib.
Qeyd edək ki, bu gün Rusiya və Kanadada da məktəblərə silahlı hücum həyata keçirilib.