Yoluxanların sayı AÇIQLANDI

16:51 - 29 May 2023

Yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 1 yeni yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxan 5 nəfər sağalıb, vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 822 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 461 nəfər müalicə olunaraq sağalıb, hazırda 88 aktiv xəstə var. Bu günə qədər 10 273 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 678, bu günə qədər isə ümumilikdə 7 619 511 test icra olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az