Bakı metrosunda DAVA: Saxlanılanlar var - VİDEO

11:05 - 06 İyul 2023

Bakı metrosunda DAVA: Saxlanılanlar var - VİDEO

Ötən gün Bakı metrosunda dava düşüb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə metronun “Əhmədli” stansiyasında qeydə alınıb.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, iyunun 5-də metronun Əhmədli stansiyasında   polis əməkdaşları təhlükəsizlik qaydalarına uyğun olaraq sərnişin olan iki qadından əl çantalarını xüsusi yoxlama aparatına yerləşdirməyi tələb ediblər. Onlar polisin qanuni tələbinə tabe olmaq istəməyərək qışqırmaqla ictimai asayişi pozmağa cəhd ediblər:

“Daha sonra hadisə yerinə qadınların qohumları yaxınlaşaraq polisə müqavimət göstərməyə çalışıblar. İctimai qaydanı pozan və polisin qanuni tələbinə tabe olmayan şəxslər saxlanılıblar. Onlar barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib”.

Sözügedən görüntüləri təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az