Makron Ermənistana “fransız” qala bilmir - Separatçıların Qarabağda ömrünə az qaldı

13:12 - 06 İyul 2023

Makron Ermənistana “fransız” qala bilmir - Separatçıların Qarabağda ömrünə az qaldı

Fransa bu gün nə daxili, nə də xarici siyasətdə ürəkaçan günlərini yaşamır. Ölkədə mövcud hakimiyyətin etnik ayrı-seçkiliyə, islamofobiyaya hesablanan qərarlarının, addımlarının cəmiyyəti çalxaladığı, iğtişaşların ara vermədiyi bir vaxtda Fransa hakimiyyəti hakimiyyəti Cənubi Qafqazdakı proseslərə barmaq etmək niyyətindən də əl çəkmək fikrində olmadığını açıq nümayiş etdirir. 

Bunu eyni zamanda qlobal aktotrların mövqe savaşı ilə də əlaqələndirə bilərik. Ermənistan bu məsələdə qlobal güclərin regionda ambisiyalarını nümayiş etdirmək nöqteyi nəzərdən zəif bənddir. Elə bunun səbəbidir ki, 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından 3 ilə yaxın bir vaxt keıməsinə baxmayaraq rəsmi İərvan hələ də götürdüyü öhdəliklərə əməl etmir, destruktivliyindən əl çəkmir. Ermənistanın bu hərəkətləri rəvac verir ki, qlobal aktorlar regiondakı proseslərə çox asanlıqla müdaxilə edib, prosesləri öz istədikləri məcraya yönəldə bilsinlər. 

Nəzərə alsaq ki, hər zaman olduğu kimi bu gün də Fransa və Britaniya fərqli regionlarda bir-birini üstələməyə çalışırlar və müstəqillik əldə etdikdən sonra Britaniya Azərbaycan, Fransa isə Ermənistan ilə yaxın əlaqələr qurdu, o zaman hal-qəziyyənin nə yerdə olduğu aydındır. Bu deyilənlərin bariz sübutunu elə 44 günlük müharibə zamanı və ondan sonrakı - hazırda postkonflikt dövründə öz ermənipərəst siyasəti ilə çox aydın şəkildə nümayiş etdirir. Biz bunu separatçılara verilən dəstək, Azərbaycan ərazisində qondarma rejim qalıqlarının ərazi iddialarını daha da alovlandırmaq üçün atılan addımları, eləcə də Ermənistanı son aylarda sürətli şəkildə silahla təchiz etmək mövzusunda da ggörməkdəyik. 

Ermənistanın Rusiyanın proksisi olması, Bakının isə müstəqil siyasət aparması Britaniyanın Cənubi Qafqazda Fransanı üstələməsinə gətirib çıxarıb ki, bu amil özü də Parisin Bakıya qarşı aqresiyasında xüsusi səbəblərdən biridir. Lakin bu gün dünyadakı qlobal çağırışlar, savaşlar, yeni ərazi iddiaları, coğrafiyaların yenidən çəkilməsi istiqamətində gedən müharibələr belə görünür ki, Fransanı bir balaca işdahlandırıb. 

Hazırda Fransa Rusiyanın Ukrayna ilə müharibə fonunda qlobal və regional zəifləməsindən istifadə edib, Cənubi Qafqazın iki ölkəsində (Ermənistanda və separatçılar vasitəsilə Azərbaycanda) mövqe və nüfuza sahib olmaq istəyir. Hətta bu niyyətindən ötrü Fransa beynəlxalq hüququ, bütün konvensiyaları kobud şəkildə pozmaqdan belə çəkinmir. 

Belə ki, hazırda Paris İrəvana 155-mm/52 kaliberli “Trajan” haubitsaları və 50 ədəd ZTR göndərməyi planlaşdırır. Bu, fakt olaraq ATƏT-in münaqişə tərəflərinə silah-sursatın satılmaması haqqında 1992-ci il qətnaməsinə ziddir. Məhz elə bu qətnamə səbəbindən Azərbaycan uzun illər idi Britaniya daxil Qərb ölkələrindən hərbi texnika ala bilmirdi.

Rəsmi Bakının qətiyyətli mövqeyini isə MAkron hakimiyyətinin bu cür absurd, beynəlxalq hüquqa zidd davranışları dəyişə bilməz. Bunu artıq Fransa, Rusiya və İranın Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına mane olmaq üçün dəstəyini əsirgəmədiyi qondarma rejim qalığı da hər ötən gün daha çox hiss etməyə başlayır.

Bunu Qarabağ separatçılarının “başçısı” Araik Arutyunyanın Bakının onlardan nələr tələb etdiyini açıqladığı həmin çıxışından da hiss etmək mümkündür. Azərbaycan bütün platformalarda - Brüsseldə, Vaşinqtonda, Moskvada, Praqada açıq şəkildə inteqrasiyadan başqa heç bir mövzunun müzakirə edilə bilməyəcəyi ilə bağlı mövqe ortaya qoyub. Araik də artıq etiraf edir ki, iki il cəhdlərə baxmayaraq, qondarma rejim heç bir nəticə əldə edə bilmir, Bakının tələbi konkretdir!

Azərbaycanın Ermənistandan digər tələbi də sirr deyil. Sülh üçün qondarma “müdafiə ordusu” buraxılmalı, silahlı dəstələr tərkisilah edilməli, Ermənistan öz hərbçilərini Qarabağdan çıxarmalı və yaxud da təslim olmalıdır. Əks təqdirdə Azərbaycan özü lazımı adekvat addımlar atıb ərazisində Ermənistanın və qondarma rejimin silahlı qruplaşmlarını son nəfərinə kimi "təmizləyəcək".

Bunun üçün rəsmi Bakının əlində kifayət qədər zəmin də artıq mövcuddur, heç vaxt olmadığı qədər. Araik Bakının mövqeyini açıqlasa da və Azərbaycanın bu mövzuda olduqca qətiyyətli olduğunu anladığını etdiyi açıqlamalarla göstərmiş olsa da, qondarma rejim belə görünür ki, öz xoşluğu ilə təslim olmaq niyyətində deyil. BUnu elə separatçıların "başçısı" da bildirib. Araik separatçıları, Qarabağın etnik ermənilərini “özünümüdafiəyə və güclü olmağa” çağırmaqla ciddi şəkildə Azərbaycana reinteqrasiya məsələsinə mane olmaqla yanaşı, dolayısı ilə hamilərinin dəstəyi ilə Ermənistanın Azərbaycandan ərazi iddialarından əl çəkmək istəmədiyini də nümayiş etdirir.

Şübhəsiz ki, quldurbaşının və bir qrup dəstə üzvünün təslim olmaması Bakının planında dəyişikliyə səbəb ola bilməz. Əksinə, ermənilər sülh prosesini sabotaj edən bu cür manipulyativ qərarlarla imkan yaradırlar ki, Qarabağdakı erməni silahlı dəstələrinin tərkisilah edilməsi, separatçı rejimin ləğv olunması məsələsi masa ətrafındakı müzakirələrlə yox, Azərbaycan Ordusunun növbəti əməliyyatı ilə tam icra edilsin.

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az