logo
logo logo
logo

Qızını öldürən şəxsə 9 il HƏBS CƏZASI

15:27 - 06 İyul 2023

Qızını öldürən şəxsə 9 il HƏBS CƏZASI

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda qızını qətlə yetirməkdə təqsirləndirilən İftixar Davudovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Manset.az Pravda.az-a istinadə xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, doqquz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Jalə Davudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin atası, 1964-cü il təvəllüdlü İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jalə Davudovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İftixar Davudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az