Qazilərə qarşı dələduzluq edən birlik sədri SAXLANILDI - FOTO

19:02 - 06 İyul 2023

Qazilərə qarşı dələduzluq edən birlik sədri SAXLANILDI - FOTO

“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə saxlanılıb.

 

Manset.az Qafqazinfo-ya istinadən  xəbər verir ki, birlik sədri bir neçə Vətən müharibəsi iştirakçısının şikayəti əsasında istintaqa cəlb edilib. O, qazilər üçün ayrılmış külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

E.Mahmudzadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Bu gün ərzində onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az