Toyda kütləvi zəhərlənmə ilə bağlı təfərrüat - VİDEO

11:15 - 11 İyul 2023

Toyda kütləvi zəhərlənmə ilə bağlı təfərrüat - VİDEO

Ağcabədidə toyda kütləvi zəhərlənmə baş verib.

 

Manset.az Xəzər TV-yə istinadən bildirir ki, Ağcabədinin Rəncbərlər kəndində keçirilən toy mərasimində 34 nəfər, o cümlədən 16 yetkinlik yaşına çatmayan şəxs qidadan zəhərlənib.

Zəhərlənənlər  TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Rəncbərlər kəndində ev şəraitində təşkil olunmuş məclisdə baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az