“Quru yollarla gələn turistləri itirmişik” - Fuad Nağıyev

17:02 - 17 İyul 2023

“Quru yollarla gələn turistləri itirmişik” - Fuad Nağıyev

“Azərbaycanlı turistlərin ölkədaxili səfərlərinin sayı sərhədlərin açıq olduğu vaxtlardakı qədərdir”.

 

Manset.az "Trend”ə istinadən xəbər verir ki, bunu jurnalsitlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

O, Operativ Qərargahın quru sərhədlərinin açılması ilə bağlı qərarını gözlədiklərini qeyd edib: "Hazırda ölkəmizdə karantin rejimi olduğu üçün quru yolla gələn turistlərimiz yoxdur, yəni turistlər yalnız hava yolu ilə gələ bilir. Qonşu ölkələrdən sərhədləri piyada keçərək gələn turistləri müvəqqəti olaraq itirmişik. Operativ Qərargahın quru sərhədlərinin açılması ilə bağlı qərarını gözləyirik. Onu da deyim ki, quru sərhədlərin bağlı olması daxili turizmin artımına ciddi təsir göstərməyib".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az