Yayda Azərbaycana Qar yağacaq - XƏBƏRDARLIQ (VİDEO)

08:51 - 18 İyul 2023

Yayda Azərbaycana Qar yağacaq - XƏBƏRDARLIQ (VİDEO)

Dağlıq ərazilərə qar, Bakıya isə yağış yağacaq. Qeyri-sabit hava şəraiti davam edəcək.

Manset.az xəbər verir ki, bunu  Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

“Dağlıq və dağətəyi bölgələrdə də qeyri-sabit hava şəraitinin sabah da davam edəcəyi ehtimal edilir. Hətta bəzi ərazilərə qar yağacağı gözlənilir.”

Hava şəraitinin 19-u və 20-də normala dönəcəyi, əksər rayonlarda yağmursuz olacağı bildirilib. Həmin günlərdə havanın maksimal temperatoru aran rayonlarında 30-35, dağlıq ərazilərdə isə 15-20 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında 19-u və 20-də 34 dərəcəyə qədər isti olacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az