“Monte Karlo”da DAVA - 2 ofisiant tutuldu

12:21 - 18 İyul 2023

“Monte Karlo”da DAVA - 2 ofisiant tutuldu

Bakı şəhər Babək prospektində yerləşən “Monte Karlo” şadlıq sarayında işçilər arasında kütləvi dava olub.

 

Manset.az xəbər verir ki, orada keçirilən toy məclisindən sonra 1985-ci il təvəllüdlü Murad Musayev bıçaqlanb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb.

İlkin araşdırmalardan sonra hadisəni orada ofisiant işləyən Masallı sakinləri, 1993-cü il təvəllüdlü Zaur Əkbərov və qardaşı Əli tərəfindən törədilməsi müəyyən edilib. Onlar saxlanılıblar.

Faktla bağlı Nizami RPİ-nin 23-cü Polis Bölməsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az