Bakıda bir neçə qanunsuz tikinti söküldü

15:21 - 18 İyul 2023

Bakıda bir neçə qanunsuz tikinti söküldü

Bakıda bir neçə qanunsuz tikinti sökülüb.

 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinin Nizami küçəsində və Təmanis yaşayış massivində, həmçinin Qala qəsəbəsi, “Hövsan südçülük sovxozu” adlanan ərazidə heç bir icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az