“1987-ci ildən 2023-cü ilin 1 iyul tarixinədək 9000 nəfər Azərbaycan vətəndaşı rəsmi olaraq Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatdadır”.
Manset.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib.
Onun sözlərinə görə, qeydiyyatda olanların 69 %-i kişilər, 31 %-i isə qadınlardır.