Qanunsuz balıq ovlayanlar SAXLANILDI

17:09 - 20 İyul 2023

Qanunsuz balıq ovlayanlar SAXLANILDI

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Pirallahı və Siyəzən rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

 

Xidmət rəsmisi Xaliq Mirzəyev Manset.az-a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Pirallahı rayon sakinləri Cəfər Əskərov, Zahid Nəbiyev və Siyəzən rayon sakini Xəyal Babayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

X.Mirzəyevin sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Pirallahı, Xaçmaz, Siyəzən rayonları akvatoriyasından və Şəmkir su anbarından ümumilikdə 1190 metr uzunluğunda 16 ədəd sintetik tor yığışdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az