AMEA-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA

19:30 - 20 İyul 2023

AMEA-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA

AMEA Ramiz Mehdiyevin adının “AMEA-nın sabiq prezidentləri” bölməsində olmamasına münasibət bildirib.

 

Qurumdan Manset.az-a verilən məlumatda qeyd olunur ki, AMEA-nın science.az portalının “AMEA-nın sabiq prezidentləri” bölməsində akademik Ramiz Mehdiyevin adı əvvəlcədən daxil edilməyib:

“Artıq həmin bölmənin yenilənmiş variantında akademik Ramiz Ənvər oğlu Mehdiyevin adı və haqqında məlumat müvafiq səhifədə yerləşdirilib”.

Qeyd edək ki, Ramiz Mehdiyev də sözügedən məsələ ilə bağlı açıqlama vermiş, bunu özbaşınalıq adlandırmışdı:

“Onların bunu etməyə ixtiyarı yoxdur. Bu, qanun pozuntusudur”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az